Rusiya prezidenti Vladimir Putin Türkiyədə rəsmi səfərdədir - FOTO

Rusiya prezidenti Vladimir Putin Türkiyədə rəsmi səfərdədir  - <span style="color: red;">FOTO
# 03 dekabr 2012 14:38 (UTC +04:00)

Bir neçə dəqiqə əvvəl Rusiya prezidenti və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb. Görüşdə Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Əhməd Davudoğlu da iştirak edir.

Görüşün keçirildiyi Dolmabağça sarayındakı baş nazir iqamətgahının qarşısında özlərini “Çərkəz Təşəbbüsü Qrupu”nun üzvü kimi təqdim edərək Putinin səfərinə etiraz aksiyası keçirməyə cəhd edən üç nəfər saxlanılıb.

V.Putinin axşam saatlarında İstanbulu tərk edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR