İranda “YouTube” vebsəhifəsinə alternativ milli sayt yaradılıb

İranda “YouTube” vebsəhifəsinə alternativ milli sayt yaradılıb
# 10 dekabr 2012 10:11 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda “YouTube” vebsəhifəsinə alternativ milli sayt yaradılıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, portal www.mehr.ir ünvanında xidmət göstərəcək. Artıq fəaliyyətə başlamış saytda İran və islam mədəniyyətinə dair videolar, habelə İRİB-də nümayiş olunan filmlər paylaşılacaq.

Qeyd edək ki, İran qanunvericiliyinə görə, islam dəyərlərinə sayğı və mədəniyyət degenerasiyası səbəbindən bu ölkədə bəzi sosial şəbəkələrə və video paylaşımı saytlarına çıxışa məhdudiyyət qoyulub. Ümumilikdə isə İran hakimiyyəti 2009-cu il prezident seçkisindən sonra vaxtaşırı “YouTube”, “Facebook”, “Twitter” və digər məşhur saytlara qarşı senzura tətbiq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR