Azərbaycan parlamentinin sədri Sankt-Peterburqa gedir

Azərbaycan parlamentinin sədri Sankt-Peterburqa gedir
# 20 noyabr 2012 10:14 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Elton Məmmədov, Aslan Cəfərov, Rüfət Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti MDB Parlament Assambleyasının 38-ci plenar iclasında, “Çingiz Aytmatov dünyası: mədəniyyətlərin inteqrasiyası və dialoq” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Nümayəndə heyətinin üzvləri MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə, Elm və təhsil üzrə daimi komitələrinin iclaslarında iştirak edəcəklər. Deputatlar bioloji təhlükəsizlik üzrə MDB-yə üzv ölkələrin ümumi informasiya sisteminin formalaşmasına dair dövlətlərarası Sazişin hazırlanması ilə əlaqədar işçi qrupun iclasına qatılacaq, məsələ ilə bağlı öz fikirlərini bildirəcəklər. Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov MDB PA-nın tədbirlərində iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR