Hüseyn Əlixanov: “Cəzaçəkmə Müəssisələrində ölüm halları azalıb”

Hüseyn Əlixanov: “Cəzaçəkmə Müəssisələrində ölüm halları azalıb”
# 26 noyabr 2012 09:16 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib.

H. Əlixanov Cəzaçəkmə Müəssislərindəki ölüm hallarının bəzi mətbu orqanlar tərəfindən şişirdildiyini bildirib: “Cəzaçəkmə Müəssisələrində xəstə, yaşlı məhkumlar var. Bu gün aparılan müşahidələr göstərir ki, Cəzaçəkmə Müəssisələrində ölüm halları əvvəlki illərə nisbətən azalıb. Vərəmlə bağlı ölüm halları 30 dəfə azalıb. Bu real rəqəmdir. Bütün statistik məlumatlarda əksini tapıb. Lakin bəzi jurnalistlər qərəzli olaraq baş verən ölüm hallarını başqa cür işıqlandırılar.

Məlumat yazırlar ki, guya bir neçə gün əvvəl Qobustan Həbsxanasında cəza çəkən məhkum işgəncələrə dözməyərək özünü öldürüb. Halbuki həmin məhkuma hər hansı formada işgəncə verilməyib, ölümünə işgəncə faktı səbəb olmayıb. Bütün bunlar cəfəngiyat və qərəzli məlumatlardır. Mən jurnalistlərdən xahiş edirəm ki, məlumatı dəqiqləşdirmədən ictimaiyyətə təqdim etməsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR