Bakıda yaşayış evində partlayış olub, bir əcnəbi yaralanıb

Bakıda yaşayış evində partlayış olub, bir əcnəbi yaralanıb
# 13 dekabr 2012 10:05 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 12-də saat 08.30 radələrində Nərimanov rayonu Molla Cümə küçəsində qeydə alınıb. Bakı şəhər sakini Nazim Nəcəfova məxsus mənzildə təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə mənzilin pəncərə şüşələri sınıb, evdəki əşyalar dağılıb, orada kirayədə yaşayan Qazaxıstan vətəndaşı Anastasiya Qudinova yanıq xəsarəti aldığından xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR