Müxalifət Misir prezidentini dialoq çağırışını rədd edib

Müxalifət Misir prezidentini dialoq çağırışını rədd edib
# 07 dekabr 2012 15:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Misir prezidenti Məhəmməd Mursinin dialoq çağırışı ölkənin ən böyük partiyalarından olan Milli Qurtuluş Cəbhəsi tərəfindən rədd edilib. APA-nın vesti.ru-ya istinadən verdiyi xəbərə görə, “Ad-Dustur” partiyasının sədri, MAQATE-nin keçmiş rəhbəri Məhəmməd əl-Baradeyi bildirib ki, tam şəkildə dialoq heç vaxt mümkün olmayacaq, çünki Mursi danışıq aparmaq xüsusiyyətinə malik deyil.

“Biz misirlilərin ölümünə səbəb olmuş şəxsə əlimizi uzatmayacağıq. Dünən biz Konstitusiya komissiyasının təxirə salınmasını istəyirdik, bu gün isə rejimin istefasını tələb edirik”, - deyə prezidentlik uğrunda keçmiş namizəd Həmdin Sabbahi bildirib.

Xatırladaq ki, müxalifət liderləri Mursinin təşəbbüsü ilə müzakirəyə toplaşmağı planlaşdırsalar da, danışıqlar baş tutmayıb. Bundan başqa prezidentin xalqa müraciəti vəziyyəti daha da pisləşdirib. Mursi öz müraciətində prezident seçkilərində öz fikrini bildirmiş çoxluğun istəyinə hörmət etməyi tələb edib. Bu müraciət çoxsaylı misirliləri hiddətləndirib. Bütün Qahirə boyu müxalif ruhlu insanların Prezident Sarayına doğru hərəkəti müşahidə olunur. Onların əsas tələbləri 6 dekabr tarixində Qeliopolisdə qarşıdurmaya səbəb olan islamçı liderlərin mühakiməsi və rejimin istefasıdır.

Rəsmi məlumatlara görə, prezidentin iqamətgahının qarşısında baş verən qarşıdurmalarda 6 nəfər ölüb. Qeyri-rəsmi məlumatlarda isə bu rəqəm 20-dir. Misir prezidenti Məhəmməd Mursinin iqamətgahı qarşısında 3 tank yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR