Bakı polisi pirotexniki maddələrin qanunsuz dövriyyəsinə qarşı reydlərə başlayıb

Bakı polisi pirotexniki maddələrin qanunsuz dövriyyəsinə qarşı reydlərə başlayıb
# 14 dekabr 2012 13:33 (UTC +04:00)

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Bakı şəhərində satışı qadağan edilmiş, tez alışan və gur səs çıxaran pirotexniki vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib: “Bu tədbirlər il ərzində mütəmadi olaraq aparılıb. Lakin Yeni il ərəfəsində və bayram günlərində həmin pirotexniki vasitələrin satış cəhdləri artdığına görə, ona qarşı mübarizə də gücləndirilib”.

Qeyd edək ki, 2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda pirotexnik vasitələrdən istifadəyə və onların satışına qadağa qoyulub. Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən, pirotexnik vasitələrin satışı yalnız Fövqəladə Hallar Nazirliyinin icazəsi ilə həyata keçirilə bilər.

Pirotexnik vasitələrin qanunsuz dövriyyəsi və onlardan istifadəyə görə, İnzibati Xətalar Məcəlləsinin 224-cü maddəsinə əsasən fiziki şəxslər üçün 350-500 manat, vəzifəli şəxslər üçün isə 1650-2200 manat məbləğində cərimə nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR