Səhiyyə Nazirliyi: İİV əsasən inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb

Səhiyyə Nazirliyi: İİV əsasən inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb
# 30 noyabr 2012 14:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilir. İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir”. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaydığı məlumatda qeyd olunur ki, dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır: “Qazanılmış İmmun Çatışmazlığı Sindromu – QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Avropa ölkələrinin əksəriyyətində bu xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür, tibbi, maddi və digər yardımlar göstərilir”.

Qeyd olunub ki, Azərbaycanda da bu problem aktual olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) QİÇS-lə mübarizə istiqamətində əhalinin məlumatlandırılması məqsədilə maarifləndirici tədbirlər həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR