Şeyxülislam İranın yeni səfirini qəbul edib

Şeyxülislam İranın yeni səfirini qəbul edib
# 08 noyabr 2012 12:37 (UTC +04:00)
QMİ-dən APA-ya verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə yeni fəaliyyətə başlamış səfiri səmimi salamlayan Şeyxülislam A.Paşazadə ona gələcək fəaliyyətində uğurlar diləyib, dost, qardaş ölkələrimiz və xalqlarımız arasında mövcud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Azərbaycanın dini liderinin İran dövlətinə səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ümumən din xadimlərinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasında dini əlaqələrin inkişafına öz töhfəsini verdiyini, onların intensivliyinin artırılmasının vacibliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR