Azərbaycanın bəzi ərazilərində çiskinli yağış yağacaq

Azərbaycanın bəzi ərazilərində çiskinli yağış yağacaq
# 24 noyabr 2012 10:57 (UTC +04:00)

Səhər yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 6-10, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 25-də əsasən şimal və şərq rayonlarında çiskinli az yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu noyabr ayının iqlim norması daxilində olacaq. Mülayim şərq küləyi əsəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR