Xaçmazda 49 yaşlı piyadanı maşın vurub

Xaçmazda 49 yaşlı piyadanı maşın vurub
# 21 dekabr 2012 20:51 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün axşam saatlarında Gəndob-Yalama yolunun 25-ci km-də Xaçmaz şəhəri ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1958-ci il təvəllüdlü Xaçmaz rayonu Usta Cəlilli kənd sakini Gülmirzə İbrahimovun idarə etdiyi “Vaz 21 06” markalı nəqliyyat vasitəsi 1963-cü il təvəllüdlü Xaçmaz rayonu Qımılqışlaq kənd sakini Nizam Şamaxovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR