Göyçayda “Sağlam həyat uğrunda” devizi altında keçirilən profilaktiki müayinələrdə 13 min 130 nəfər iştirak edib

Göyçayda “Sağlam həyat uğrunda” devizi altında keçirilən profilaktiki müayinələrdə 13 min 130 nəfər iştirak edib
# 20 dekabr 2012 20:14 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Səhiyyə Nazirliyinin təşkil etdiyi “Sağlam həyat uğrunda” devizi altında növbəti profilaktiki müayinələr Göyçay rayonunun Alpout və İnçə kəndlərində keçirilib. APA-nın məlumatına görə rayon mərkəzindən 35 kilometr aralıda yerləşən bu kəndlərdə həyata keçirilən humanitar tədbirlər zamanı nevropatoloq, kardioloq, terapevt, mama-ginekoloq, pediatr, stomatoloq həkimlər, laborant və tibb bacısı 300-dən çox vətəndaşı müayinə edib.

Qeyd edək ki, Göyçay Mərkəzi rayon Xəstəxanasının tədbirlər planına uyğun olaraq yerlərdə əhalini müayinə etmək üçün həkim briqadaları formalaşdırılıb. Hər biri 7 həkimdən ibarət olan 8 səyyar briqada mütəmadi olaraq kəndlərə ezam olunaraq sakinləri müayinə edir.

Dekabrın 1-dən bu günədək rayonun 26 kəndində 1500-dək vətəndaş müayinə olunub. Həmçinin, rayonun həkimləri evlərə gedərək 400-ə yaxın ağır xəstəyə baş çəkib, onları müayinə ediblər. Ötən 20 gün ərzində mərkəzi rayon xəstəxanasının 11 şöbəsinə, uşaq xəstəxanasına, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına, uşaq məsləhətxanasına, dəri-zöhrəvi xəstəliklər dispanserinə, Qaraməryəm kənd xəstəxanasına, 16 kənd həkim məntəqəsinə, 31 kənd tibb məntəqəsinə ümumilikdə 13 min 130 nəfər müraciət edib. Aşkar edilən xəstəliklərlə bağlı sakinlərin bir qrupu stasionar və ambulator müalicəyə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR