Azərbaycan paytaxtında qadın adam bıçaqlayıb

Azərbaycan paytaxtında qadın adam bıçaqlayıb
# 22 dekabr 2012 11:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda qadın adam bıçaqlayıb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Rayon sakini Elnurə Kərimova münaqişə zəminində tanışı Rafiq İsmayılova bıçaqla xəsarət yetirib. Hadisə törətmiş E.Kərimova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR