İran XİN beynəlxalq agentliyin açıqlamasını təkzib edib

İran XİN beynəlxalq agentliyin açıqlamasını təkzib edib
# 12 noyabr 2012 16:53 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin icraçı direktoru Yukiya Amanonun “Parçin” hərbi bazası ilə bağlı açıqlamasını təkzib edib. APA-nın məlumatına görə, Ə. Ə. Salehi deyilənlərin doğru olmadığını, “Parçin” bazasında dağıntı işlərinin aparılmadığını deyib: “Hər hansı bir obyektin “təmizlənməsi” mümkün deyil. Bu iddiaların heç bir texniki əsası yoxdur”.

Qeyd edək ki, Y. Amano İran hökumətinin “Parçin” hərbi bazasındakı bəzi obyektləri məhv etməyə başladığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR