Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib - FOTO

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib   - <span style="color: red;">FOTO
# 07 dekabr 2012 10:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Texniki Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən əmək yarmarkası keçirilib.

APA-nın xəbərinə görə, tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Azərbaycan Texniki Universitetinin rəhbərliyi təqdim olunan boş iş yerləri ilə tanış olublar.

Aktiv məşğulluq tədbirində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən, 29-u dövlət, 93-ü isə qeyri-dövlət sektoruna aid ümumilikdə 122 işəgötürən müəssisə və təşkilat iştirak edib. Həmin müəssisələr tərəfindən 1295 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Tədbirin əsas məqsədi məzun və tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərə qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasında imkan yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların layiqli işlə təmin olunmasına köməklik göstərilməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR