BMT Konqodakı üsyançılardan hücumu dayandırmağı tələb edib

BMT Konqodakı üsyançılardan hücumu dayandırmağı tələb edib
# 18 noyabr 2012 03:29 (UTC +04:00)

Bakı-APA. BMT–nin Təhlükəsizlik Şurasını Konqo Demokratik Respublikasında “23 mart hərəkatı”-nın üsyançılarından hücumu dayandırmağı tələb edib.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurası keçirdiyi fövqəladə iclasda Konqoda döyüşlərin yenidən başlamasını pisləyib və üsyançılardan dərhal Qoma şəhəri istiqamətinə hərəkət etməsini dayandırmağı tələb edib.

Qeyd edək ki, bir qədər əvvəl Konqo ordusu üsyançıların hücumu nəticəsində Kibumba şəhərindən geri çəkilməyə məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR