Uşaq və gənclər üçün ensiklopediya nəşr olunub

Uşaq və gənclər üçün ensiklopediya nəşr olunub
# 13 noyabr 2012 16:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən “Azərbaycan İncəsənəti - uşaq və gənclər üçün ensiklopedik məlumat kitabı”nın ingilis dili versiyasının 1-ci cildi nəşr olunub. APA-nın xəbərinə görə, kitabın ingilis dilində nəşr edilməsində məqsəd Azərbaycanda və xaricdə yaşayan soydaş uşaq və gənclərin zəngin Azərbaycan incəsənəti barədə maarifləndirilməsi, xaricdə Azərbaycan mədəniyyətinin təbliğ olunmasına töhfə verilməsi, xaricdə yaşayan soydaş uşaq və gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, xaricdə Azərbaycan haqqında informasiya çatışmazlığının aradan qaldırılmasına töhfə verilməsidir.

Kitabın məsləhətçisi akademik Ömər Eldarov, redaksiya heyətinin rəhbəri əməkdar incəsənət xadimi Ziyadxan Əliyevdir.

Xatırladaq ki, 2010-2011-ci illərdə kitabın Azərbaycan dilində 3 cildi çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR