Azərbaycanda sığorta şirkətlərinin kapitalına qarşı tələblər yaxın gələcəkdə dəyişməyəcək

Azərbaycanda sığorta şirkətlərinin kapitalına qarşı tələblər yaxın gələcəkdə dəyişməyəcək
# 17 dekabr 2012 10:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin kapitalına qarşı tələbləri yaxın gələcəkdə dəyişmək niyyətində deyil. «APA-Economics»in məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Onun sözlərinə görə, minimal kapitalla bağlı sığorta şirkətləri qarşısında qoyulan tələblər ölkədə sığorta bazarında xidmətlərin keyfiyyətini artıran əsas amil deyil: «Hazırda qüvvədə olan sığorta şirkətlərinin təkrar kapitallaşmasına dair proqram gələn ilin əvvəlində başa çatacaq və şirkətlər tərəfindən onun icrasının analizi üçün müəyyən vaxt tələb olunur».

A.Bayramovun fikrincə, təkrar kapitallaşma sığorta sektorunda xidmətlərin keyfiyyətinin artırılması üçün stimul deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR