Azərbaycandakı müştərilərə ABŞ, Çexiya, Çin və Polşa istehsalı olan məhsullar təklif olunur

Azərbaycandakı müştərilərə ABŞ, Çexiya, Çin və Polşa istehsalı olan məhsullar təklif olunur
# 17 dekabr 2012 11:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan-Sinqapur birgə müəssisəsi «Beynəlxalq İqtisadi Birlik» çərçivəsində ABŞ, Çexiya, Çin və Polşadan investisiya layihələri təklif edir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, ABŞ-dan qida məhsullarının kreditlə satışı (ət, kolbasa, un, şəkər, yağ, müxtəlif içkilər), eyni zamanda texnika (kompüter, mobil telefonlar, avtomobil, neft məhsulları, texnologiyalar, kənd təsərrüfatı texnikası və s.) satışı təklif olunur. Qida məhsullarına kredit 180 günlük, digərlərinə isə 3 və daha artıq ilə verilir.

Çexiyadan aqrar sektoru üçün zavodlar (ət kombinatı, süd zavodları, yem zavodları, quş fabrikləri və kənd təsərrüfatı üçün lazım olan digər texnologiyalar) təklif olunur. Kredit 5 ilə qədərdir.

Polşadan 5 ilə qədər kreditlə isidicilər, texnologiyalar, zavodlar və digər məhsullar təklif olunur, Çindən isə eyni məhsullar 3 ilə qədər kreditlə verilir. Bütün məsullar və avadanlıqlar beynəlxalq iqtisadi təşkilatın standartlarına uyğundur.

Əlaqə telefonu: (+994 12) 441-53-18.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR