Gürcüstanın yeni baş naziri növbəti səfərini Azərbaycana edəcək

Gürcüstanın yeni baş naziri növbəti səfərini Azərbaycana edəcək
# 22 noyabr 2012 13:17 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili növbəti səfərini Azərbaycana edə bilər. APA-nın məlumatına görə, baş nazir bu gün Tiflisdə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-a səfəri təxirə salındığına görə, növbəti səfəri çox güman ki Azərbaycana olacaq.

“Bu səfər Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətimizə sübut olacaq. Düzdür, Azərbaycanla indi də xoş münasibətlərimiz var, lakin biz bu münasibətləri daha da yaxşılaşdırmaq istəyirik”.

İvanişvili bildirib ki, Azərbaycan Gürcüstana qazı “çox maraqlı qiymətə” nəql edir: “Gürcüstan əhalisi buna görə Azərbaycana çox minnətdardır və gələcəkdə bu fikrimi daha dəqiq ifadə edəcəyəm. Göstərdiyi köməyə və əməkdaşlığa görə Azərbaycana minnətdaram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR