Gənc azərbaycanlı pianoçular beynəlxalq müsabiqənin qalibi olublar

Gənc azərbaycanlı pianoçular beynəlxalq müsabiqənin qalibi olublar
# 08 noyabr 2012 13:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Gənc azərbaycanlı musiqiçilər Macarıstanın paytaxtında məktəbli və yeniyetmələr arasında keçirilən beynəlxalq müsabiqənin qalibləri olublar. APA-nın məlumatına görə, “Budapeştin ulduzları” adlanan və ondan çox ölkənin qatıldığı musiqi yarışmasında R.Hacıyev adına 11 illik musiqi məktəbinin şagirdləri Rahib İsgəndərov, Kamil Həsənov, Emin Əhmədzadə, Jalə Mailova birinci, Nərmin Əliyeva ikinci yerin sahibi olublar. Müsabiqədə eləcə də Bakı Musiqi Akademiyasının tələbəsi İlahə Ağasoy II, Milli Konservatoriyanın nəzdində olan Musiqi kollecinin tələbəsi Həmidə Ağasoy III yerə layiq görülüblər. Qeyd edək ki, gənc pianoçuların müsabiqədə iştirakı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR