Vyana-Bakı-Vyana aviareysi ekipaj çatışmazlığı səbəbindən təxirə salınıb

Vyana-Bakı-Vyana aviareysi ekipaj çatışmazlığı səbəbindən təxirə salınıb
# 20 dekabr 2012 11:11 (UTC +04:00)

Aviaşirkətin Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, 643 saylı Vyana-Bakı aviareysinin təxirə salınması təyyarə ekipajının çatışmazlığı ilə bağlı olub: «Bu səbəbdən bu gün saat 17:55-də yerinə yetirilməli olan 644 saylı Bakı-Vyana aviareysi üzrə də uçuş təxirə salınıb. Bu aviareysə bilet alan sərnişinlərə 400 avro məbləğində kompensasiya ödəniləcək. Eyni zamanda, sərnişinlərin istəyinə əsasən, onlara Bakıdan Vyanaya həftənin digər günləri və ya tranzitlə uçuş variantları təklif olunacaq».

Qeyd edək ki, «Austrian Airlines» aviaşirkəti Bakı-Vyana aviareysi üzrə uçuşları hər həftənin I, IV, V və VII günləri saat 17:55-də «Airbus-319» təyyarəsi ilə yerinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR