Rusiyada axtarışda olan şəxs Bakıda həbs edilib

Rusiyada axtarışda olan şəxs Bakıda həbs edilib
# 17 dekabr 2012 11:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Rusiyada axtarışda olan şəxs Bakıda həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Krasnodar vilayəti Baş Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) axtarışda olan Tofiq Rəhimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR