Siyəzəndə 63 yaşlı qadını maşın vurub

Siyəzəndə 63 yaşlı qadını maşın vurub
# 15 dekabr 2012 06:57 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Siyəzən rayonu ərazində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, dekabrın 14-də Siyəzən rayon Daşlı Calğan kənd sakini, 20 yaşlı İmamyar Bəyməmmədov idarə etdiyi 50 CH 266 qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobillə Siyəzən şəhər sakini, 63 yaşlı Gülzar Sultanovanı vurub.

G. Sultanova Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR