2012/2013 tədris ilində xaricdə dövlət xətti ilə 1250 azərbaycanlı tələbə təhsil alır

2012/2013 tədris ilində xaricdə dövlət xətti ilə 1250 azərbaycanlı tələbə təhsil alır
# 15 noyabr 2012 09:43 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Bu dərs ilində Azərbaycandan xaricdə dövlət xətti ilə 1250 tələbə təhsil alır”. Bunu APA-ya təhsil nazirinin müavini Qulu Novruzov bildirib. Onun sözlərinə görə, ümumilikdə dövlət xətti ilə 2007-ci ildən bəri xaricdə təhsil alan tələbələrin sayı 1800 nəfəri ötüb. Hazırda 700 tələbə Türkiyə, Rusiya, Çin kimi tərəfdaş ölkələrin verdikləri təqaüdlər çərçivəsində xaricdə təhsil alır.

Q. Novruzov deyib ki, xaricdə təhsil üzrə gələn ilin prioritet istiqamətləri artıq hazırlanıb və yaxın günlərdə Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasında təsdiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR