“Sağlam həyat uğrunda” aylığı uğurla davam edir

“Sağlam həyat uğrunda” aylığı uğurla davam edir
# 11 dekabr 2012 16:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Sağlam həyat uğrunda” devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində respublika üzrə müalicə-profilaktika müəssisələrində bir sıra tədbirlər həyata keçirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dekabrın 1-dən 10-dək respublika üzrə müalicə-profilaktika müəssisələrində terapevt, cərrah, nevropatoloq, pediatr, infeksionist, mama-ginekoloq, oftalmoloq və s. mütəxəssisləri tərəfindən əhalinin tibbi müayinəsi, o cümlədən laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya müayinələri aparılıb.

Müayinələr zamanı müxtəlif xəstəlikləri aşkar olunmuş insanlar mütəxəssislər tərəfindən müxtəlif profilli stasionar və ambulator müalicələrə cəlb ediliblər.

Sağlamlıq aylığı çərçivəsində aparılan profilaktik müayinələr dekabr ayının sonunadək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR