Ağdaşda tikinti zamanı torpaq uçqunu olub

Ağdaşda tikinti zamanı torpaq uçqunu olub
# 12 dekabr 2012 13:20 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ağdaş şəhərində qazıntı işləri zamanı torpaq uçqunu baş verib. FHN-nin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ərazidə qazıntı işləri aparan şirkətdə fəhlə işləyən 2 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR