Samuxda ev yanıb, xəsarət alan var

Samuxda ev yanıb, xəsarət alan var
# 26 noyabr 2016 15:04 (UTC +04:00)

Samux rayonunda ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə rayonun Sərkar kəndində baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar yanğından mühafizə olunub, yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR