15 yaşlı qızını qətlə yetirən atanın cinayət işi məhkəməyə göndərilib

15 yaşlı qızını qətlə yetirən atanın cinayət işi məhkəməyə göndərilib
# 14 mart 2017 12:56 (UTC +04:00)

Qətldə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın xəbərinə görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baxılacaq.

Hazırlıq iclası martın 16-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanı qısqanclıq zəminində bıçaqla qətlə yetirib. Nəsib Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR