Lənkəranda fərdi yaşayış evində baş verən yanğının qarşısı alınıb.
APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonu Cil kəndinin sakini Balasi Tağıyevə məxsus 144 kv/m-lik evin 104 kv/m hissəsinin yanar konstruksiyaları yanıb.
Yanğın söndürülüb, evin qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
Araşdırma aparılır.
***
13.59
Lənkəran rayonunun Cil kəndində Balasi Tağıyevə məxsus fərdi yaşayış evi yanır.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yerinə FHN-nin 3 yanğınsöndürən maşını cəlb edilib.
Yanğının qarşısının alınması üçün tədbirlər görülür.