Siyavuş Novruzov: “Demişdim ki, AXCP ilə Müsavatın heç vaxt vahid namizədi ola bilməz”

Siyavuş Novruzov: “Demişdim ki, AXCP ilə Müsavatın heç vaxt vahid namizədi ola bilməz”
# 23 noyabr 2012 11:47 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S. Novruzov əlavə edib ki, indiki Müsavat Partiyası ötən əsrin əvvəllərində fəaliyyət göstərmiş partiya ilə eyni deyil: “İndiki partiyanın guya o vaxtkı Müsavat Partiyasının varisi olması fikrinin qəti əleyhinəyəm. Çünki belə bir varislik etibarnamə ilə verilməyib, yaxud vərəsəliklə keçməyib. Ona görə də bu Müsavatla o Müsavat ayrı-ayrı təşkilatlardır. Əslində 1990-cı illərdə Müsavat Partiyasını tamam başqa şəxs bərpa etmişdi və partiyaya sədrlik edirdi. Lakin AXC-nin tərkibindən çıxan bir qrup şəxsdən biri kimi İsa Qəmbər öz səlahiyyətlərindən istifadə edərək, Müsavat Partiyasını zəbt etdi, partiyanı Mənsur Əliyevin əlindən alaraq, öz adına çıxdı. Bunlar heç vaxt birləşə bilməzlər. Çünki 1990-cı illərdən bölünə-bölünə gəlirlər. Elçibəyin vaxtındakı AXC-nin İdarə Heyətinin üzvləri arasında Yusif Səmədoğlu və Nəcəf Nəcəfovdan başqa hamısı özünə partiya yaratdı. Yəni, onlarda daim bölünmə prosesi gedir, birləşmə yox. Bu səbəbdən istər prezident, istərsə də parlament seçkilərində namizəd məsələsində razılığa gələ bilmirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR