Böyük Britaniyanın müdafiə naziri: “İranla müharibə neftin qiymətinə və iqtisadiyyata təsir edəcək”

Böyük Britaniyanın  müdafiə naziri: “İranla müharibə neftin qiymətinə və iqtisadiyyata təsir edəcək”
# 06 dekabr 2012 12:18 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İsrailin və ya ABŞ-ın İrana hücum etməsi Fars körfəzindən neft daşınmasına maneələr yaradacaq”. APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın müdafiə naziri Filip Hammond deyib.

O bildirib ki, Fars körfəzindən neft daşınmasında problem yaranması enerjidaşıyıcılarının qiymətinin bahalaşmasına səbəb olacaq: “Bu isə Britaniya iqtisadiyyatına birbaşa təsir edəcək. Biz hesab edirik ki, İranın nüvə probleminin həllində doğru yol diplomatiyadır. Sanksiyalar İran iqtisadiyyatına artıq öz təsirini göstərib. Şübhəsiz ki, siyasətinə də təsir edəcək. İranla müharibə bölgədə qeyri-stabilliyə səbəb olacaq və Fars körfəzindən neft daşınmasını təhlükəyə salacaq. Dünya neftinin təxminən 40%-nin daşındığı Hörmüz boğazının bağlanması isə ciddi problemlər yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR