İctimai Palata islahatlara hazırlaşır

İctimai Palata islahatlara hazırlaşır
# 14 noyabr 2012 15:47 (UTC +04:00)

Bakı – APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbəti toplantısı keçirilib.

İP informasiya xidmətindən APA-ya verilən məlumata görə, iclasa KŞ-nin dönəm sədri Rauf Arifoğlu rəhbərlik edib.

Gündəliyinə noyabrın 17-də sosial şəbəkə fəallarının təyin etdiyi mitinqə münasibətlə başlayan İP KŞ aksiyanın dəstəklənməsi haqqında qərar verib: “Sosial şəbəkələrdə 17 noyabrda Bakının mərkəzində mitinqin təşkil olunması barədə kampaniya gedir. Bu, “parlament buraxılsın” tələbi ilə ikinci belə təşəbbüsdür. Mitinq barədə artıq Bakı meriyasına rəsmi müraciət olunub. İP KŞ bunu müzakirə edərək, qərara gəldi ki, ölkədə köklü demokratik dəyişikliklər uğrunda mübarizə aparan bütün təşəbbüsləri, o cümlədən də bir qrup şəbəkə fəalının 17 noyabr aksiyasını və Müsavatın 10 dekabr aksiyasını dəstəkləyir”.

Daha sonra İP-də struktur dəyişikliyi, qarşıdakı prezident seçkilərinə münasibət barədə mövzular müzakirə edilib. Müzakirə zamanı bir sıra təkliflər səslənib. Yekunda qərara alınıb ki, bu mövzuda müzakirələr davam etdirilsin. Növbəti iclasadək islahatlar paketi hazırlansın və müzakirəyə təqdim edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR