“Alfa Ekstrim–Svaneti” və “Qan donorluğunda şəbəkələşmə” düşərgəsi keçiriləcək

“Alfa Ekstrim–Svaneti” və “Qan donorluğunda şəbəkələşmə” düşərgəsi keçiriləcək
# 12 dekabr 2012 07:22 (UTC +04:00)

Bakı-APA. “Qan Donorları Assosiasiyası” İctimai Birliyi, Marneuli Gənclər Mərkəzi, “İRƏLİ” İdman Mərkəzi və “İRƏLİ” Tibb Klubunun birgə təşkilatçılığı ilə 26-30 dekabr tarixlərində Gürcüstanın Svaneti bölgəsində gənclər üçün “Alfa Ekstrim–Svaneti” və “Qan donorluğunda şəbəkələşmə” düşərgəsi keçiriləcək. “İrəli” İctimai Birliyindən APA-ya verilən məlumata görə, layihə gənc donorlar və donorluğa marağı olan 18-29 yaş arası şəxslərin iştirakı üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi gənclər arasında donorluq ideyası və sağlam həyat tərzinin təbliği, gənc donorlardan ibarət şəbəkənin yaradılması, donor olan gənclərin mövzu ilə bağlı biliklərinin artırılmasından ibarətdir. Düşərgə müddətində iştirakçılara “Qan donorluğu”, “Sağlam həyat tərzi”, “Ekstremal şəraitdə yaşama üsulları” və digər mövzularda təlimlər keçiriləcək.

Düşərgədə Gürcüstanda yaşayan azərbaycanlı gənclər də iştirak edəcəklər. Eyni zamanda layihə iştirakçıları Gürcüstanın Marneuli şəhərinə səfər edəcək və Marneuli Gənclər Mərkəzi ilə yaxından tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR