AMEA Fizika İnstitutunun direktoru vəzifəsindən gedib

AMEA Fizika İnstitutunun direktoru vəzifəsindən gedib
# 21 dekabr 2012 11:38 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun direktoru, akademik Çingiz Qacar işdən çıxıb. AMEA-dan APA-ya verilən xəbərə görə, akademik səhhəti ilə əlaqədar işdən çıxmaq barədə ərizə ilə AMEA Rəyasət Heyətinə müraciət edib.

Rəyasət Heyətinin bu gün keçirilən iclasının qərarına əsasən, Ç. Qacarın müraciəti müsbət cavablandırılıb. Fizika İnstitutunun direktoru vəzifəsini icra etmək isə institutun şöbə müdiri Nazim Məmmədova həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR