İranda 4 nəfər edam edilib

İranda 4 nəfər edam edilib
# 15 noyabr 2012 08:35 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. İranda 4 nəfər edam edilib. APA-nın məlumatına görə, onlardan üçü Əraq, biri isə Kərəc şəhərində dara çəkilib. Əraq şəhərinin “Fərahan” meydanında əhalinin gözü qarşısında edam edilən üç gənc bir qız uşağını girov götürməkdə və ona təcavüz etməkdə günahlandırılıb. Daha bir gənc isə Kərəc şəhərinin Gövhərdəşt həbsxanasında edam olunub. Dara çəkilən məhbus Hüseyn Bəhməni Talebdir. O, qətldə günahlandırılaraq edam cəzasına məhkum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR