Bakıda 20 nəfərə Şaxta baba lisenziyası verilib

Bakıda 20 nəfərə Şaxta baba lisenziyası verilib
# 18 dekabr 2012 12:17 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Yeni İl bayramı ərəfəsində Dənizkənarı Bulvar istisna olunmaqla, Bakı şəhərində Şaxta baba fəaliyyəti göstərmək üçün 20 nəfərə icazə verilib. Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.

Ə. Bağırovun sözlərinə görə, ümumilikdə Departamentə bununla bağlı 25 müraciət daxil olub və bu günədək onlardan 20-nə icazə verilib. Digər müraciətlərə isə yaxın günlərdə baxılması gözlənilir. Müraciətlərin çoxu paytaxtın mərkəzi hissələrində Şaxta baba olmaq istəyi ilə bağlıdır.

Ə.Bağırov onu da əlavə edib ki, Şaxta baba olmaq istəyənlər üçün verilən icazənin məbləği də dəyişməyib. Əvvəlki illərdə olduğu kimi 60 manatdır.

Şaxta babalara yanvar ayının 13-dək icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR