İraqda iranlı zəvvarları daşıyan avtobusun partladılması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb

İraqda iranlı zəvvarları daşıyan avtobusun partladılması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb
# 28 oktyabr 2012 08:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İraqda iranlı zəvvarları daşıyan avtobus partladılıb.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, hadisə paytaxt Bağdad şəhərindən 20 kilometr şimalda, “əl-Taci” bölgəsində baş verib. Uzaqdan idarə olunan bomba əvvəlcədən avtobusa yerləşdirilib. Bombanın partlaması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

İran Həcc və Ziyarət Təşkilatının rəsmisi Əli Heydəri isə bildirib ki, zəvvarlar İranın Kaşan şəhərindən İraqın Samirə şəhərinə səfər edirmişlər: “Həmin avtobus İran Həcc və Ziyarət Təşkilatının icazəsi olmadan İraqa gedib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR