Hesablama Palatası körpülərə xərclənən vəsaitləri araşdırıb

Hesablama Palatası körpülərə xərclənən vəsaitləri araşdırıb
# 17 iyul 2012 10:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üzrə Şəki rayonunun Vərəzəd və Zəyzid kəndlərini birləşdirən yolda körpünün yenidən qurulmasına, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən Zaqatala və Qax Yol İstismar İdarələrinə yolların saxlanılması üçün ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri üzrə Hesabat və Rəy müzakirə olunaraq təsdiq edilib.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, müzakirələrdən sonra auditin nəticələri barədə Milli Məclisə məlumat verilməsi barədə qərar qəbul edilib.

Kollegiya iclasında həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 2011-ci il və 2012-ci ilin birinci yarımilliyində “Azərsu” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə və “Azərelektrikşəbəkətikinti” ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanması və dövlət büdcəsinə ödənilməsinə dair Audit proqramları, habelə Dünya Bankından kredit vəsaiti cəlb edilməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən “Sosial müdafiənin inkişafı” layihəsinin cari icra vəziyyətinə dair Analitik təhlil proqramı təsdiq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR