Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
# 07 aprel 2012 09:06 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

APA-nın xəbərinə görə, tədbir çərçivəsində xarici siyasət idarələrinin başçıları MDB məkanında çoxtərəfli əməkdaşlığın aktual problemləri və beynəlxalq siyasətin maraq doğuran məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Şuranın iclasının gündəliyinə daxil olan bütün məsələləri, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində kollektiv əməkdaşlıq, xarici sərhədlərdə böhran vəziyyətlərinin nizamlanması və maliyyə kəşfiyyatı məsələlərini nəzərdən keçiriblər.

İclasda 2013-cü ilin “MDB-də ekoloji mədəniyyət və ətraf mühitin mühafizəsi ili” elan olunması və “MDB-nin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı haqqında qərar layihələri bəyənilib, gənclər təşkilatları, turizm, bədən tərbiyəsi və idman sahəsində əlaqələrin genişləndirilməsinə dair bir sıra sənədlər razılaşdırılıb.

Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR