Bu il Azərbaycanda Rəqabət Məcəlləsi qəbul olunacaq
17 sentyabr 2012 14:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA-Economics. Azərbaycan Milli Məclisi İqtisadi siyasət Komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
APA-nın xəbərinə görə, komitə sədri Ziyad Səmədzadə yaz və növbədənkənar sessiyalar zamanı görülən işlər barədə məlumat verərək bildirib ki, sessiyalar müddətində komitədə 40-a yaxın qanun layihəsi müzakirə olunub.
Komitə sədri payız sessiyasının qanunvericilik işləri planı barədə danışarkən deyib ki, Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan, rəqabət sahəsində ciddi yeniliklərə səbəb olacaq Rəqabət Məcəlləsi də işlər planına daxildir. Qərara alınıb ki, bu sessiya çərçivəsində məcəllə üzərində işlər sürətləndirilsin və bu il başa çatdırılsın. Məcəllənin üçüncü oxunuşda müzakirəsinin komitənin payız sessiyasının gündəliyinə salındığı vurğulanıb.
Z.Səmədzadə sessiya müddətində əvvəlcə 2013-cü ilin büdcə paketinin müzakirə olunacağını, “Təhsil krediti haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətləndirmə haqqında” və “Kənd təsərrüfatının kooperasiyası haqqında” qanun layihələrinin parlamentin plenar iclasına təqdim ediləcəyini bildirib.
Müzakirələrdən sonra komitənin iş qrafiki təsdiq olunub. Sonra komitə üzvləri “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələrdə texniki xarakterli dəyişikliklərə baxıblar. Hər iki sənədin Milli Məclisin plenar sessiyasının müzakirəsinə çıxarılması qərar alınıb.

Sahibkarlıq
Azərbaycanda xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq
12:55
21 may 2024
Azərbaycanda zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
11:40
21 may 2024
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb
10:30
21 may 2024
Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib
15:26
20 may 2024