Lənkəranda “Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu” mövzusunda treninq keçirilib

Lənkəranda “Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu” mövzusunda treninq keçirilib
# 07 iyun 2012 07:21 (UTC +04:00)
Bakı - APA-Economics. Lənkəranda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün “Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu” mövzusunda treninq keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin əməkdaşları, eləcə də Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Tədbirdə elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətin mahiyyəti və prinsipləri, elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron ticarətin biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə ətraflı məlumat verilib, www.b2b.az elektron ticarət portalının təqdimatı keçirilib.

Tədbir çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR