Bu gün “Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Zestafoni” ilə qarşılaşacaq

Bu gün “Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Zestafoni” ilə qarşılaşacaq
# 17 iyul 2012 17:00 (UTC +04:00)
Bakı-APA. Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə Gürcüstanın “Zestafoni” komandası qarşılaşacaq. APA-nın məlumatına görə, görüş bu gün Bakı vaxtı ilə 21.00-da “Dalğa Arena”da baş tutacaq. Oyunu Rumıniyadan olan hakim İonut Mariuş Avram idarə edəcək. Ona Mikloş İştvan Nagy, Sebastyan Eugen George kömək edəcəklər. Oyunun dördüncü hakimi Malta təmsilçisi Draqoş İstratedir. Cavab oyunu gələn həftə Gürcüstanda keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR