“Natiq” ritm qrupu Montrö Caz Festivalında çıxış edib

“Natiq” ritm qrupu Montrö Caz Festivalında çıxış edib
# 18 iyul 2012 09:12 (UTC +04:00)
Bakı Ülkər Rəşidqızı – APA İsveçrənin Montrö şəhərində keçirilən Beynəlxalq Caz Festivalı başa çatıb. APA-nın məlumatına görə, ənənəvi olaraq hər il dünyanın tanınmış caz ifaçılarını bir araya toplayan festival, bu il də ənənəsinə sadiq qalıb. Festivalda Bob Dilan, Juliett Qreko, Hyu Lori, Van Morrison, Çik Korea və Bob Makferrin, Keti Melua, Rufus Ueynrayt, İsfar Sarabski, Toni Bennett kimi tanınmış caz ustaları çıxış ediblər.

Festivalda çıxış edənlər arasında Azərbaycanın məşhur “Natiq” ritm qrupu da olub.

Xatırladaq ki, Azərbaycanı bu zamana kimi bu mötəbər festivalın müsabiqə bölümündə Şahin Növrəsli, İsfar Sarabski, Emil Məmmədov kimi musiqiçilər təmsil edib.

Bu il festivalın əsas sponsorlarından biri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR