Azərbaycan Olimpiya yığmasının üzvü İvan Stoitsov: “Əminliklə deyə bilərəm ki, Olimpiya çempionu olmağa hazıram”

Azərbaycan Olimpiya yığmasının üzvü İvan Stoitsov: “Əminliklə deyə bilərəm ki, Olimpiya çempionu olmağa hazıram”
# 18 iyul 2012 15:09 (UTC +04:00)
Bakı-APA. “Olimpiadaya hazırlıqlarımız yüksək səviyyədə keçdi. Bizim üçün çox yaxşı şərait yaradıldı. Nəticələr isə Londondakı yarışlarda bilinəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Azərbaycan Olimpiya millisinin ağır atleti İvan Stoitsova (85 kq) məxsusdur.

Bolqar əsilli legionerimiz London Olimpidasında hədəflərini açıqlayıb. 27 yaşlı Stoitsov Ağır Atletika Federasiyasının rəsmi saytına açıqlamasında bildirib ki, Böyük Britaniya paytaxtında əsas məqsədi çempionluqdur: “Əminliklə deyə bilərəm ki, buna həm fiziki, həm də psixoloji cəhətdən hazıram. Çünki dünya çempionuyam, Afina Olimpiya Oyunlarında çıxış etmişəm və müəyyən təcrübəm var”.

Olimpiya Oyunlarında sifariş verəcəyi toplam start çəkisi 390 kq olacaq idmançımızın əsas rəqibləri sırasında Kianuş Rüstəmi və Surab Moradi (hər ikisi İran), Andrey Rıbakov (Belarus) və Apti Auxadov (Rusiya) yer alır.

Qeyd edək ki, gənclər arasında 2004-cü ildə Avropa çempionu (Burqas, Bolqarıstan) adını qazanan Stoitsov 2004-cü ildə Afina Olimpiya Oyunlarının iştirakçısı (77 kq, 8-ci yer) və 2007-ci ildə dünya çempionu (Tailand) olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR