Hacıqabulda qanvermə aksiyası keçirilib

Hacıqabulda qanvermə aksiyası keçirilib
# 18 fevral 2012 17:01 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı-APA. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hacıqabulda Səhiyyə Nazirliyi və rayon icra hakimiyyəti tərəfindən qanvermə aksiyası keçirilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna rayon Mərkəzi Xəstəxanasının baş həkimi Beydulla Qarayev məlumat verib.

Onun dediyinə görə, günün axırınadək davam edən aksiyada 400 nəfərdən çox adam könüllü olaraq qan verib.

Aksiyada idarə, müəssisə və təşkilatlarını nümayəndələri iştirak ediblər. Aksiyada könüllü iştirak edənlər müayinədən keçdikdən sonra qan veriblər. Aksiya çərçivəsində yığılan qanlar Hemotologiya İnstitutunun qan bankına göndərilib. Həmin qan hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkənlərə köçürüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR