Ələtdə 22 yaşlı oğlan istifadəsi qadağan olunmuş çimərlikdə boğularaq ölüb

Ələtdə 22 yaşlı oğlan istifadəsi qadağan olunmuş çimərlikdə boğularaq ölüb
# 26 iyul 2012 08:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Dünən Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində istifadəsi qadağan olunmuş çimərlikdə 22 yaşlı oğlan suda bataraq ölüb. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, Əlisəfa Habilov adlı şəxs çimmək qadağan olunan və xilasedici məntəqə fəaliyyət göstərməyən yerdə çimərkən batıb. Zemfira Vahidova dünən Buzovna çimərliyində batma təhlükəsi ilə üzləşmiş 18 yaşlı qızın sudaboğulma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR