Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi məqsədilə tərəflər arasında etimadın qurulması üçün yeni təkliflər irəli sürüb

Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi məqsədilə tərəflər arasında etimadın qurulması üçün yeni təkliflər irəli sürüb
# 08 fevral 2012 08:58 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Avropa Birliyi Azərbaycan və Ermənistanın rəsmi şəxsləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinə yönəlmiş etimad tədbirlərinə dair yeni təklifləri müzakirə edir”. APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. O xatırladıb ki, AB-nin ali komissarı Ketrin Eşton Azərbaycana səfəri zamanı AB-nin Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərini gücləndirəcəyini bildirmişdi: “Biz Minsk Qrupunun səylərini dəstəkləyir və alqışlayırıq, lakin tərəflərin istəyi əsasında münaqişənin daha tez həlli üçün xüsusən də münaqişə tərəfləri arasında etimadın qurulması üçün yeni ideyalar təklif etmək istəyirik”.

R. Kobia bu ideyaların Azərbaycan və Ermənistan rəhbərliyi ilə müzakirə olunduğunu söyləyib: “Biz əlbəttə ki, həmin ideyaları açıqlayacağıq. Lakin əvvəlcə bunu tərəflərlə ətraflı müzakirə etmək niyyətindəyik”.

Xatırladaq ki, Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Filipp Lefort fevralın 7-də Bakıya səfəri zamanı Azərbaycan prezidenti, xarici işlər naziri və ədliyyə naziri ilə görüşlər keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR