Elçin Babayev: “Elmi qrantların vergi və rüsumdan azad olunması ilə bağlı Elmin İnkişafı Fondunun təklifi üzərində iş gedir”

Elçin Babayev: “Elmi qrantların vergi və rüsumdan azad olunması ilə bağlı Elmin İnkişafı Fondunun təklifi üzərində iş gedir”
# 12 aprel 2012 14:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Elmi qrantların vergi və rüsumdan azad olunması ilə bağlı Elmin İnkişafı Fondunun təklifi üzərində iş gedir. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib. O bildirib ki, elmi qrantların vergi və rüsumlardan azad olunması alimlərin qrant layihələrini daha səmərli həyata keçirməsinə, elmə daha artıq diqqət ayırmasına və bürokratik məsələlərin onların işinə mane olmamasına səbəb olardı.

E. Babayev bu il elmi tədqiqatların maddi-texniki təminatı ilə bağlı layihənin həyata keçiriləcəyini söyləyib: “Söhbət maddi cəhətdən köhnəlmiş elmi cihazların tamamilə yenilənməsindən gedir. Bundan başqa, klassik qrant müsabiqələri də elan ediləcək. Əgər vaxt baxımından çatdıra bilsək, mobillik qrantı da elan ediləcək. Bu qrantın məqsədi Azərbaycanda çalışan alimlərin xaricdə elmi tədbirlərdə iştirakını təmin etməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR