Avropa Komissiyası gələn həftə Qonşuluq Siyasəti ölkələri ilə əməkdaşlıqda tərəqqiyə həsr olunmuş illik hesabatını dərc edəcək

Avropa Komissiyası gələn həftə Qonşuluq Siyasəti ölkələri ilə əməkdaşlıqda tərəqqiyə həsr olunmuş illik hesabatını dərc edəcək
# 11 may 2012 16:14 (UTC +04:00)
APA-nın “Europolitics”ə istinadən yaydığı məlumata görə, yeni paket 19 fərqli sənəddən, o cümlədən 2011-ci ildə “Şərq Tərəfdaşlığı” və “Demokratiya və ümumi çiçəklənmə naminə tərəfdaşlıq” proqramlarının reallaşmasına həsr olunan iki hesabatdan və statistik analizdən ibarətdir. Hesabatda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bəzi təkliflər də öz əksini tapıb.

Avropa Qonşuluq Siyasətinə cəlb olunmuş ölkələrdə vəziyyətin yaxşılaşdırılması tələb olunan sahələr məhkəmə sistemi, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə, azlıqlara hörmətdir. Avropa Komissiyasının dərc edəcəyi hesabatda bu sahələrdə vəziyyətin yaxşılaşdırılmasına dair tövsiyələr öz əksini tapacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR